Назад

Не получаете ответ?

Вакансия опубликована 9 дн. назад - шансы на ответ снижаются.

10 дней назад

Hüquqşünas (Igaming)

Формат работы
onsite
Тип работы
fulltime
Грейд
middle
Страна
Azerbaijan
inВакансия из LinkedIn

Мэтч & Сопровод

Покажет вашу совместимость и напишет письмо

Описание вакансии

TL;DR
Hüquqşünas (Igaming): Korporativ və müqavilə hüququ sahəsində sənədləşmənin aparılması və şirkətin hüquqi maraqlarının qorunması ilə məşğul olacaq. Fokus on hüquqi risklərin qiymətləndirilməsi, dövlət qurumları ilə yazışmaların aparılması və şirkət fəaliyyətinin qanunvericiliyə uyğunluğunun təmin edilməsi.
“Royal Sea Breeze Operation” MMC “Royalé Casino”da “Hüquqşünas” vakansiyasını elan edir!

Vəzifə öhdəlikləri:

• Müxtəlif növ kommersiya, korporativ və mülki-hüquqi müqavilələrin hazırlanması, hüquqi ekspertizasının aparılması, razılaşdırılması və icrasına nəzarət;
• Korporativ sənədlərin, o cümlədən təsis sənədlərinin, nizamnamələrin, qərarların, protokolların və etibarnamələrin hazırlanması və hüquqi baxımdan yoxlanılması;
• Şirkətin korporativ idarəetmə proseslərinə hüquqi dəstəyin göstərilməsi;
• Şirkətin təsisçiləri, iştirakçıları və digər maraqlı tərəfləri ilə bağlı korporativ hüquqi məsələlərin həlli;
• Şirkətin strukturunda və korporativ məlumatlarında baş verən dəyişikliklərin hüquqi sənədləşdirilməsinin təmin edilməsi;
• Hüquqi rəylərin, arayışların, müraciətlərin və digər hüquqi sənədlərin hazırlanması;
• Şirkətin fəaliyyətinə aid mülki, əmək və vergi hüququ məsələləri üzrə hüquqi məsləhətlərin verilməsi;
• Şirkətin maraqlarının qorunması məqsədilə iddia ərizələrinin, şikayətlərin və digər prosessual sənədlərin hazırlanması;
• Dövlət qurumları və digər aidiyyəti təşkilatlarla korporativ və hüquqi məsələlər üzrə yazışmaların aparılması;
• Hüquqi risklərin müəyyən edilməsi və onların minimuma endirilməsi istiqamətində təkliflərin hazırlanması;
• Şirkətin fəaliyyətinin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğunluğunun təmin edilməsinə hüquqi dəstəyin göstərilməsi.

Namizədə dair tələblər:
• Hüquqşünaslıq ixtisası üzrə ali təhsil (bakalavr və ya magistr dərəcəsi);
• Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
• Korporativ və müqavilə hüququ üzrə biliklər, hüquqi sənədlərin hazırlanması, yoxlanılması və danışıqların aparılması sahəsində təcrübə;
• Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə biliklər;
• Hüquqi və tənzimləyici riskləri müəyyən etmək, qiymətləndirmək, minimuma endirmək və praktiki həll yolları təklif etmək bacarığı;
• Analitik düşünmə, problem həll etmə və effektiv kommunikasiya bacarıqları;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
• İngilis və rus dili bilikləri üstünlükdür;
• MS Office proqramları ilə işləmək bacarığı.

İş şəraiti:
• İş qrafiki: Bazar ertəsi – Cümə (5/2);
• İş yeri: Sea Breeze, Nardaran, Bakı, Azərbaycan;
• Əlavə üstünlüklər: Şirkət tərəfindən nəqliyyat və nahar ilə təmin olunma;
• Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcək.

Müraciət qaydası:
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə e.abdullayeva@seabreeze.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

#İşElanı #HüquqVakansiyası #Hüquqşünas #BakıVakansiyaları #RoyaleSeaBreeze

Будьте осторожны

Если работодатель просит войти в их систему, используя iCloud/Google, прислать код/пароль, запустить код/ПО, не делайте этого. Это мошенники. Обязательно жмите «Пожаловаться» или пишите в поддержку. Подробнее в гайде →

Текст вакансии взят из поста без изменений

Источник - пост в LinkedIn