Назад

Не получаете ответ?

Вакансия опубликована 8 дн. назад - шансы на ответ снижаются.

8 дней назад

Ethics and Compliance Expert

Формат работы
onsite
Тип работы
fulltime
Грейд
middle
Английский
c1
Страна
Azerbaijan
inВакансия из LinkedIn

Мэтч & Сопровод

Покажет вашу совместимость и напишет письмо

Описание вакансии

TL;DR
Ethics and Compliance Expert (Compliance): Разработка и внедрение программ этики и комплаенса с акцентом на внутренний контроль, управление рисками и корпоративное управление. Фокус на проведении аудитов, обучении сотрудников и обеспечении соответствия бизнес-процессов внутренним стандартам.
Vakansiya: Ethics and Compliance Expert - Əmək haqqı razılaşma ilədir
Buradan müraciət edin:

İş barədə:
Etika və Komplayns üzrə Ekspert
Vakansiya haqqında
Şirkət: Azerconnect Group
Funksiya: Dövlət ilə əlaqələr və hüquq
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
Son müraciət tarixi: 27.11.2026
Azerconnect Group NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. Azerconnect Group Azərbaycanın İKT sektorunda fəaliyyət göstərən şirkətlərə keyfiyyətin artırılmasına və xərclərin optimallaşdırılmasına imkan verən xidmətlər və həllər təklif edir.
Azerconnect Group şirkəti dünyanın nüfuzlu “Top Employer Institute” Ən Yaxşı İşəgötürənlər İnstitutu tərəfindən 2023, 2024 və 2025-ci illər üzrə Azərbaycanda “Ən Yaxşı İşəgötürən” şirkət sertifikatına layiq görülüb.
Etika və Komplayns üzrə Ekspert olaraq Sizin əsas vəzifə öhdəlikləriniz:
Etika və komplayns üzrə effektiv proqram hazırlamaq və tətbiq etmək.
Etika və komplayns üzrə daxili nəzarət mexanizmləri hazırlamaq və onlara riayət edilməsinə nəzarət etmək.
Şirkət siyasətlərinin hazırlanmasında və onlara yenidən baxılmasında iştirak etmək.
Proseslərdə, təcrübələrdə və sənədlərdə zəif nöqtələri müəyyən etmək üçün komplayns auditlərinə təşəbbüs göstərmək.
Ehtiyac olduqda daxili və xarici auditorlarla, hüquq, daxili təhlükəsizlik və İnsan Resursları komandaları ilə əməkdaşlıq etmək.
Böhranların və komplayns pozuntularının idarə olunması üzrə planlar hazırlamaq.
Əməkdaşları biznes etikası qaydaları və bu sahədəki təcrübələr barədə maarifləndirmək və təlim keçmək.
Əməkdaşların hüquqi uyğunluqla bağlı sual və müraciətlərini cavablandırmaq.
Daxili standartları biznes məqsədləri ilə uyğunlaşdırmaq.
Etika və komplayns siyasətlərindən irəli gələn digər tapşırıqları yerinə yetirmək.
Birbaşa rəhbərin və idarə rəhbərliyinin verdiyi şifahi və yazılı tapşırıqları icra etmək.
İşləri müvafiq prosedur və təlimatlara uyğun həyata keçirmək.
Şirkət məlumatlarının məxfiliyini təmin etmək.
Cavabdeh olduğu sahələr üzrə hesabatlar hazırlamaq.
Mövcud sistemləri təkmilləşdirmək.

Vəzifənin tələbləri:
Ali təhsil.
Hüquq, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə biliklər.
Sahə üzrə təcrübələr və peşəkar standartlarla tanışlıq.
Etika və komplayns sahəsində 2–5 il iş təcrübəsi.
Daxili nəzarət, risklərin idarə edilməsi və korporativ idarəetmə üzrə təcrübə.
Daxili və xarici müştərilərlə üçüncü tərəflərlə işləmək bacarığı.
MS Office proqramlarını yaxşı bilmək.
Azərbaycan və ingilis dillərini səlis bilmək. Rus dili biliyi üstünlükdür.
Əla ünsiyyət və komandada işləmək bacarığı.
Biznesi anlamaq və detallara diqqət yetirmək bacarığı.
Etik iş prinsiplərinə sadiqlik, təşəbbüskarlıq, həvəs və etibarlılıq.
Vaxtı idarə etmək, işi təşkil etmək və təzyiq altında keyfiyyətli nəticələr əldə etmək bacarığı.

Biz nə təklif edirik?
Rəqabətli kompensasiya
Performans əsasında həvəsləndirici və bonuslar
Əlavə imtiyaz

Будьте осторожны

Если работодатель просит войти в их систему, используя iCloud/Google, прислать код/пароль, запустить код/ПО, не делайте этого. Это мошенники. Обязательно жмите «Пожаловаться» или пишите в поддержку. Подробнее в гайде →

Текст вакансии взят из поста без изменений

Источник - пост в LinkedIn