Обязанности понятны и дают практический опыт работы с международным перестрахованием, но описание обрывается в конце, а обещания развития не подкреплены конкретикой.
Обрезанный текст
Понятные задачи
Заявленное развитие
Мэтч & Сопровод
Покажет вашу совместимость и напишет письмо
Создать профиль и узнать мэтч
Описание вакансии
TL;DR
Junior Reinsurance Specialist (Insurance): Analysis of reinsurance needs and management of facultative and treaty programs with an accent on risk assessment and broker relations. Focus on optimizing the reinsurance portfolio and supporting analytical reporting.
Vakansiya: Təkrarsığorta üzrə kiçik mütəxəssis - Əmək haqqı razılaşma ilədir
Buradan müraciət edin: Показать контакты
İş barədə:
PAŞA Sığorta ASC namizədləri Təkrarsığorta üzrə kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu rol, şirkətin risk iştahını aşan risklər üzrə təkrarsığorta ehtiyaclarının təhlil edilməsi, müvafiq risklərin beynəlxalq bazarlarda yerləşdirilməsi və təkrarsığorta proqramlarının fakultativ və müqaviləli idarə olunması proseslərində iştirakı nəzərdə tutur. Kiçik mütəxəssis, risklərin texniki göstəricilərini təhlil edərək, təkrarsığortaçılar və brokerlərlə əlaqələrin qurulmasına, əlverişli şərtlərin əldə edilməsinə və şirkətin təkrarsığorta portfelinin optimallaşdırılmasına dəstək göstərəcək.
Öhdəliklər
• Şirkətin riskləri üzrə daxil olan təkrarsığorta ehtiyaclarını təhlil etmək, müvafiq risklərin təkrarsığortaya ötürülməsi prosesini həyata keçirmək və yerləşdirmə prosesini koordinasiya etmək;
• Təkrarsığortaya təqdim olunan risklər üzrə sığorta məbləği, risk xüsusiyyətləri, PML/EML və digər müvafiq göstəriciləri təhlil etmək, uyğun təkrarsığortaçı və ya brokerlərə təqdim olunması üçün məlumatları hazırlamaq;
• Şirkətin öz riskləri üzrə əlverişli şərtlərin əldə edilməsi və təkrarsığortalanması prosesində iştirak etmək;
• Təkrarsığortaçılardan və brokerlərdən daxil olan təklifləri müqayisə etmək, kommersiya və texniki şərtləri qiymətləndirmək və optimal təklifin seçilməsi ilə bağlı rəhbərliyə təkliflər vermək;
• Şirkətin “facultative” və “treaty” təkrarsığorta proqramlarının yerləşdirilməsi, yenilənməsi və icrası prosesində iştirak etmək;
• Mövcud və potensial təkrarsığortaçıların, brokerlərin və digər bazar iştirakçılarının araşdırılmasında iştirak etmək;
• Şirkətin risk iştahını aşan risklər üzrə analitik məlumatların və hesabatların hazırlanmasına dəstək vermək;
• Şöbənin gündəlik və operativ məsələlərinin icrasında iştirak etmək.
Bilik və Bacarıqlar
• Riyazi-analitik düşüncə;
• Diqqətcillik və detallara həssaslıq;
• Yüksək ünsiyyətqurma bacarığı;
• Məsuliyyətlilik;
• Komandada işləmək bacarığı;
• Stresə davamlılıq;
• Dil bilikləri: Azərbaycan, İngilis, Rus.
Təhsil və Təcrübə
• İqtisadiyyat, hüquq, riyaziyyat və ya maliyyə sahəsində ali təhsil;
• Müvafiq sahədə 1 il iş təcrübəsi.
Biz Sizə Təklif Edirik
• Dəyər yaradan işlər
Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı.
• Birlikdə güclənən komanda
Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı.
• Davamlı inkişaf imkanları
Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar.
• Etimada əsaslanan iş mühiti
Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaq
Будьте осторожны
Если работодатель просит войти в их систему, используя iCloud/Google, прислать код/пароль, запустить код/ПО, не делайте этого. Это мошенники. Обязательно жмите «Пожаловаться» или пишите в поддержку. Подробнее в гайде →