У стажировки понятные задачи по оценке страховых убытков и заявлены возможности развития, но работа связана с напряженным общением и разбором претензий клиентов.
Непростое общение
Понятные задачи
Развитие в профессии
Финансовые технологии
Мэтч & Сопровод
Покажет вашу совместимость и напишет письмо
Создать профиль и узнать мэтч
Описание вакансии
TL;DR
Təcrübəçi (Zərərlərin Qiymətləndirilməsi): Sığorta iddialarının qiymətləndirilməsi və müştəri narazılıqlarının idarə olunması prosesində iştirak ilə zərərlərin tənzimlənməsinin optimallaşdırılması. Fokus on avtomobil təmiri keyfiyyətinə nəzarət, bazar dəyərinin yoxlanılması və sığorta dələduzluğunun qarşısının alınması.
Vakansiya: Zərərlərin Qiymətləndirilməsi Şöbəsi üzrə Təcrübəçi - Əmək haqqı razılaşma ilədir
Buradan müraciət edin: Показать контакты
İş barədə:
PAŞA Sığorta ASC namizədləri Zərərlərin Qiymətləndirilməsi Şöbəsi üzrə Təcrübəçi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu rol, sığorta iddialarının qiymətləndirilməsi prosesində müştəri məmnuniyyətinin artırılması və narazılıqların effektiv idarə olunmasına yönəlmişdir. Əsas məqsəd təmir və ehtiyat hissələrinin bazar dəyərinə uyğun qiymətləndirilməsini təmin etməklə zərərlərin tənzimlənməsini optimallaşdırmaq, müştərilərlə proaktiv ünsiyyət quraraq məsələlərin tənzimləyici orqanlara qədər böyüməsinin qarşısını almaqdır. Bu vəzifə qiymətləndiricilər və ekspertlərlə əlaqələndirmə, iddiaların yenidən dəyərləndirilməsi və yekun məbləğlərin razılaşdırılması yolu ilə müştəri sadiqliyinin artırılmasına və əsassız ödənişlərin qarşısının alınmasına birbaşa təsir göstərir.
Öhdəliklər
• Müştəri narazılıqlarının səbəblərini araşdırmaq və həlli üçün müvafiq addımlar atmaq;
• Zərər sənədlərini foto, video, qiymətləndirmə aktları toplayaraq sistemə daxil etmək və yenidən araşdırılması üçün qiymətləndiriciyə yönləndirmək;
• Müstəqil ekspertlərin cəlb olunması prosesinə dəstək göstərmək və müştəriləri məlumatlandırmaq;
• Qiymətləndirici tərəfindən yenidən təyin edilmiş zərər məbləğini narazı müştərilərlə razılaşdırmaq;
• Avtomobil təmiri işlərinə ümumi nəzarəti həyata keçirmək və təmirin keyfiyyətini təmin etmək;
• Avtoservislərin təqdim etdiyi qiymətlərin orta bazar dəyərinə uyğunluğunu yoxlamaq və qiymətləri razılaşdırmaq;
• Sığorta dələduzluğu hallarının aşkarlanması və qarşısının alınması prosesində iştirak etmək.
Bilik və Bacarıqlar
• Analitik düşünmə və problem həll etmə bacarığı;
• Müştərilərlə effektiv ünsiyyət qurma və işləmə bacarığı;
• Stressə davamlılıq və yüksək məsuliyyət hissi;
• Sığorta qanunvericiliyi, avtomobil hissələrinin bazar dəyəri və servis xidmətləri haqqında biliklər;
• Avtomobil mexanizminə dair texniki biliklər;
• Dil bilikləri: Azərbaycan, İngilis, Rus.
Təhsil və Təcrübə
• Ali təhsil;
• Biznes və ya müvafiq sahədə 0-1 il iş təcrübəsi;
• Aidiyyəti sahə üzrə sertifikatların olması arzuolunandır.
Biz Sizə Təklif Edirik
• Dəyər yaradan işlər
Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı.
• Birlikdə güclənən komanda
Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı.
• Davamlı inkişaf imkanları
Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar.
• Etimada əsaslanan iş mühiti
Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
PASHA Insurance OJSC invites c
Будьте осторожны
Если работодатель просит войти в их систему, используя iCloud/Google, прислать код/пароль, запустить код/ПО, не делайте этого. Это мошенники. Обязательно жмите «Пожаловаться» или пишите в поддержку. Подробнее в гайде →