У роли чёткая и содержательная зона ответственности в QA-автоматизации с современными задачами вокруг ИИ, но требования обрываются и не уточняют ожидаемый уровень опыта.
Требования обрываются
Современные технологии
Понятная зона лидерства
Финтех-направление
Мэтч & Сопровод
Покажет вашу совместимость и напишет письмо
Создать профиль и узнать мэтч
Описание вакансии
TL;DR
Lead QA Automation Engineer (AI): Разработка и поддержка фреймворков автоматизации тестирования с акцентом на API, E2E-сценарии и интеграцию в CI/CD. Фокус на внедрении AI/LLM инструментов в процессы тестирования и менторстве команды автоматизаторов.
Vakansiya: Avtomatlaşdırma üzrə QA Aparıcı Mütəxəssis - Əmək haqqı razılaşma ilədir
Buradan müraciət edin: Показать контакты
İş barədə:
PAŞA Sığorta ASC namizədləri Avtomatlaşdırma üzrə QA Aparıcı Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Məhsul inkişafı proseslərimizi genişləndirərək, keyfiyyət mühəndisliyini əsas fəaliyyət istiqaməti kimi müəyyən etmişik. Bu vəzifədə siz məhsul komandalarımız üzrə testlərin avtomatlaşdırılmasına rəhbərlik edəcək, avtomatlaşdırma çərçivəsini quracaq və təkmilləşdirəcək, CI/CD proseslərində avtomatlaşdırılmış testləri icra edəcək, sınaqlarda süni intellekt alətlərini tətbiq edəcək və avtomatlaşdırma mühəndislərindən ibarət komandanı inkişaf etdirəcəksiniz. Bu rol həm praktiki işlərin görülməsini, həm də Keyfiyyət Mühəndisliyi Departamentinin rəhbəri ilə sıx əməkdaşlığı nəzərdə tutur.
Öhdəliklər
• Məhsul komandaları tərəfindən istifadə olunan test avtomatlaşdırma çərçivəsinin dizayn edilməsi, qurulması və dəstəklənməsi;
• API-first yanaşması ilə avtomatlaşdırmanın təmin edilməsi: API və 'contract' testləri, biznes ssenari testləri və kritik proseslər üzrə E2E testlər;
• Avtomatlaşdırılmış testlərin CI/CD 'pipeline'-larına inteqrasiyası və buraxılışların keyfiyyətinin təmin edilməsi;
• Avtomatlaşdırılmış reqressiya test dəstinin yaradılması və dəstəklənməsi, testlərin stabil və sürətli işləməsinin təmin edilməsi;
• Proqram təminatı və DevOps komandaları ilə birlikdə test məlumatlarının və mühitlərinin idarə edilməsi;
• Avtomatlaşdırma kodunun yazılması və digər mühəndislərin kodunun yoxlanılması 'code review';
• Test ssenarilərinin və avtomatlaşdırılmış testlərin yaradılması və dəstəklənməsi üçün AI/LLM alətlərindən istifadə edilməsi və prosesə nəzarət;
• Keyfiyyət təminatında süni intellektin təhlükəsiz istifadəsi qaydalarına riayət edilməsi: məlumatların idarə edilməsi və yaradılan testlər üçün keyfiyyət meyarları;
• Test edilə bilən tələblərin formalaşdırılması üçün Biznes təhlili, Proqram təminatı və Məhsul komandaları ilə əməkdaşlıq;
• Avtomatlaşdırma mühəndislərinə rəhbərlik etmək, onları öyrətmək və inkişaf etdirmək, manual test mütəxəssislərinə avtomatlaşdırmaya keçiddə dəstək göstərmək;
• Məhsul komandaları arasında avtomatlaşdırma standartları və qabaqcıl təcrübələrin paylaşılması.
Bilik və Bacarıqlar
• Sıfırdan test avtomatlaşdırma çərçivələrinin qurulması üzrə praktiki təcrübə;
• Ən azı bir proqramlaşdırma dilində Java, Python, TypeScript və ya JavaScript yaxşı kodlaşdırma bacarıqları;
• UI avtomatlaşdırma alətləri Playwright, Selenium və ya Cypress ilə iş təcrübəsi;
• Güclü API testləri üzrə biliklər; 'contract testing' təcrübəsi arzuolunandır;
• Testlərin CI/CD-yə GitLab təcrübəsi arzuolunandır inteqrasiyası və Git ilə iş təcrübəsi;
• Məlumatların yoxlanılması üçün yaxşı SQL bilikləri;
• Testlərdə AI/LLM alətlərindən istifadə üzrə praktiki təcrübə;
Будьте осторожны
Если работодатель просит войти в их систему, используя iCloud/Google, прислать код/пароль, запустить код/ПО, не делайте этого. Это мошенники. Обязательно жмите «Пожаловаться» или пишите в поддержку. Подробнее в гайде →